Çində böyük ticarət mərkəzlərindən birində dəhşətli yanğın hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, yerli “Şinxua” agentliyi yanğının ticarət mərkəzinin 4-cü mərtəbəsindəki anbarda və kinoteatrda baş verdiyini bildirib.
Dövlət yanğından mühafizə briqadalarının uzun müddətli səyləri nəticəsində alovun qarşısı alınsa da hadisə nəticəsində 17 nəfərin öldüyü bildirilir.
Yanğının ortasında çıxılmaz vəziyyətdə qalan 10 nəfər isə xilas edilərək xəstəxanaya çatdırılıblar.
Hazırda binada soyutma işləri davam edir və yanğının baş vermə səbəbləri hələlik bilinmir.
Çində ticarət mərkəzində faciə: çoxlu ölən var
Çində böyük ticarət mərkəzlərindən birində kino teatrda yanğın baş verib.




Şərhlər