Yaxın Şərqdə yeni müharibə yetişir
29 Dekabr 2009 Çərşənbə Axşamı 19:15
Yaxın Şərqdə yeni müharibə yetişir. Livanın sərhədlərini pozan İsrail qırıcılarına qarşı atəş açılıb.
Livan zenit raketləri ilə dövlətin hava sərhədlərini pozan İsrail qırıcılarına atəş açıb. Bu barədə Livan ordusunun nümayəndələri məlumat yayıb. Qırıcılara atəş açılan kimi onlar Livan ərazisini tərk edib. Livan mətbuatının yazdığına görə, ölkənin hava sərhədlərini 4 “F-4 Fantom” qırıcısı pozub. İsrailin müdafiə ordusunun nümayəndələri isə bildirir ki, hazırda insidentin baş verməsi barədə məlumat dəqiqləşdirilir.

Xatırladaq ki, Livan İsrail Hərbi Hava Qüvvələrini tez-tez ölkənin hava məkanını pozmaqda ittiham edir. Lakin Livan hərbçiləri nadir hallarda qırıcılara atəş açır. Oxşar hadisə noyabr ayında da baş vermişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar