Lütfi Zade vefat edib
07 Sentyabr 2017 Cümə Axşamı 11:36
Dünya şöhretli azerbaycanlı alim, qeyri-selis çoxluqlar nezeriyyesinin ve qeyri-selis mentiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zade vefat edib.
Dünya şöhretli azerbaycanlı alim, qeyri-selis çoxluqlar nezeriyyesinin ve qeyri-selis mentiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zade 1921-ci ilin 4 fevral tarixinde Bakı şeherinde anadan olub. 1944-cü ilde Tehran universitetini elektrik mühendisliyi ixtisası üzre bitirib.
Lütfi Zade 1944-cü ilden 1959-cu ile qeder Massaçusets Texnologiya İnstitutunda ve Kolumbiya Universitetinde magistr, doktorluq elmi derecelerini alıb. 1959-cu ilden Berkli Universitetinde professor, 1963-cü ilden ise "Elektrik mühendisliyi ve kompüter elmleri" kafedrasına rehberlik edib. Son vaxtlara kimi Lütfi Zade hemin universitetde ömürlük professor ve Soft Computing İnstitutunun direktoru kimi fealiyyet gösterib.

Onun meşhur veziyyetler fezası, dinamik sistemlerin idareolunma ve müşahideolunma nezeriyyeleri müasir idareetme elminin esasını teşkil edir. ABŞ-ın Milli Kosmik Tedqiqatlar Merkezi (NASA) bu nezeriyyeler esasında idareetme sistemlerini tedqiq edir, layihelendirir ve tetbiq edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar