Azərbaycan əsilli iş adamı Rza Zərrabın var-dövlətinin siyahısı
26 May 2016 Cümə Axşamı 19:11
merikada həbs edilən Azərbaycan əsilli Türk iş adamı Rza Zərrabın var-dövlətinin siyahısı hazırlanıb.
Amerikada həbs edilən Rza Zərrabın telefonundan çıxan şəkillərdə külçə qızıllar, quyruq nişanız TC-RZA olan xüsusi təyyarə, pullar, xüsusi gəmilər çıxıb.
 
Bu məsələ ilə maraqlanan Türkiyənin Sözcü qəzeti daha bir çox məqama aydınlıq gətirib.

Rza Zərrabın var-dövlətinin siyahısı

Siyahıdakı ən dəyərli mülk və əşyaların adları:

1. Rza Zərrabın öz adına olan 20 daşınmaz əmlak, çoxsaylı şirkətlər, qızı və həyat yoldaşının adına olan 3 mülk.

2. Ümumi dəyəri 40 min avrodan çox olan silahlar.

3. Zərraba, həyat yoldaşına və “Royal Group” şirkətinə məxsus olan və ümumi dəyəri 100 min dollardan artıq olan 6 at.

4. “Rza Yaxtaçılıq” və “Royal Turk LLC” şirkətlərinə məxsus olan 7 gəmi.

5. “TC-RZA” şirkətinin balansında olan özəl təyyarə.

6. İş adamının özünə və şirkətinə məxsus olan 17 lüks avtomobil.

7. Ümumi dəyəri 10 milyon dolları keçən qiymətli sənət əsərləri. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar