Yaxın iki ay ərzində prezidentlərin görüşü keçiriləcək
04 Mart 2009 Çərşənbə 00:25
Metyu Brayza: «Azərbaycan və Ermənistanda apardığımız danışıqlarla bağlı həm pis, həm də yaxşı xəbərlər var»

«Yaxın iki ay ərzində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək». Bunu regiona səfərlərinin yekunlarına dair keçirdikləri mətbuat konfransında ATƏT-in Minsk qrupunun həmsədrləri bəyan edib. Həmsədlər  görüşün yeri və dəqiq tarixinin hələlik müəyyənləşmədiyini bildiriblər. Ümmuilikdə isə həmsədrlər  regiona  səfərlərinii  uğurlu keçdiyini vurğulayıblar. Amerikalı həmsədr Metyu Brayza deyib ki, onlar səfərdən böyük nailiyytələr gözləiyrlər: «Həm Dağlıq Qarabağda, həm də Ermənistanda apardığımız danışıqlar o qədər də asan olmadı. Azərbaycan və Ermənistan prezidenqtləri danışıqlar prosesini davam etdirməyə dair qərra verdilər. Keçirdiymiz görüşlər bizə əsas verdi ki, yenidən bura qayıdaq». Metyu Brayzanın sözlərinə görə, görüşlərlə bağlı həm yaxşı, həm də pis xəbərləri var: «Pis xəbər odur ki, danışıq masası üzərində çətin məslələr durub və hər iki prezident üçün bunu qəbul etmək çətindir. Yaxşı xəbər isə odur ki, hər iki ölkə başçısı üçün bu məsələlər çox vacibdir».    
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakına dair dediklərini təkzib  edib.  Həmsədr qeyd edib ki, o, belə bir ifadə işlətməyib və danışıqlarda yalnız azərbaycanlı və erməni icmalarının iştirakını vacib sayır: «Mən Qarabağ tərəfi deməmişəm. Biz müharibədən əvvəl Qarbağda yaşamış yaşamış erməni və azərbaycanlı icmasını nəzərdə tuturuq. Hər iki icma danışıqlar proesində iştirak etməli və özlərinin gələcək  taleyini müəyynələşdirməlidrlər».    
Mətbuat konfransda BMT-də Dağlıq Qarabağa dair qəbul edilmiş qətnamədə  həmsədr ölkəlrin  qətnamənin əleyhinə səs verməsinə aydınlıq gətirilib. Fransalı həmsədr Bernar Fasyenin sözlərinə görə, təqdim olunan qətnamə məsələnin birtərəfli qaydada həll olunmasını əks etdirib. Buna görə də həmsədr ölkələr qətnamənin əlyehinə səs verib. Bernar Fasyenin sözlərinə görə,  həmsədrlər Dağlıq Qarabağda referendumun keçirilməsinin də əleyhinə çıxıblar. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar