Viktor Yuşşenko Azərbaycanda səfərdədi
10 Aprel 2009 Cümə 16:45
Ukrayna prezidentinin bu gün İstiqlaliyyət küçəsi 31 ünvanında yerləşən binanın üzərindəki xatirə lövhəsini açacağı gözlənilir

Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri davam edir. Bu gün onun Bakı Slavyan Universitetində çıxış edəcəyi, Ukrayna Xalq Cümhuriyyətinin 1919-1920-ci illərdə Bakıda diplomatik missiyasının fəaliyyət göstərdiyi, İstiqlaliyyət küçəsi 31 ünvanında yerləşən binanın üzərindəki xatirə lövhəsini açacağı gözlənilir.
Xatırladaq ki, Ukrayna dövlət başçısının Azərbaycana səfəri aprelin 9-da başlayıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olub. Görüş başa çatandan sonra iki ölkənin Prezidentləri Şurasının ilk iclası və ikitərəfli sənədlərin imzalanma mərasimi olub. Daha sonra Azərbaycan və Ukrayna Prezidentləri mətbuat nümayəndələri üçün bəyanatlarla çıxış ediblər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar