Torpaqlarımızın bir hissesi düşmenden azad olunub
02 Aprel 2016 Şənbə 18:45
Bugün gün erzinde cebhe boyu möqelerimiz ve yaşayış menteqelerimiz düşmen terefinden intensiv ateşe meruz qalıb. Torpaqlarımızın bir hissesi düşmenden azad olunub.
Aprelin 2-ne keçen gece ve gün erzinde bütün cebhe boyu möqelerimiz ve yaşayış menteqelerimiz düşmen terefinden intensiv ateşe meruz qalıb. Bunun neticesinde mülki ehali arasında ölen ve yaralananlar var.

Müdafie Nazirliyinden Milli.Az-a verilen melumata göre, bu texribatın qarşısının alınması, mülki ehalinin tehlükesizliyinin temin olunması meqsedile Silahlı Qüvvelerimizin komandanlığı terefinden Ağdere-Terter-Ağdam ve Xocavend-Füzuli istiqametinde cavab tedbirlerinin keçirilmesi barede qerar qebul edilib.

Qısa müddetde heyata keçirilen süretli eks-hemle zamanı ermeni birleşmelerinin uzun illerden beri mühendis-istehkam baxımından möhkemlendirdiyi birinci müdafie xetti cebhenin bezi istiqametlerinde yarılıb, strateji ehemiyyete malik bir neçe yükseklik ve yaşayış menteqeleri düşmenden tam azad olunub.
Goranboy rayonu ve Naftalan şeherine tehlüke yarada bilecek Talış kendi etrafındakı yükseklikler, elece de Seysulan menteqesi düşmen qüvvelerinden tam temizlenib.
Horadiz şeherinin düşmen tehlükesinden qorunması meqsedile Füzuli rayonu istiqametinde yerleşen, geniş erazini nezaretde saxlamaq imkanı veren strateji ehemiyyetli "Lele tepe" adlandırılan yükseklik de bölmelerimizin nezaretine keçib.

Hazırda hemin yükseklikler ve yeni müdafie xetti boyu müvafiq güclendirme tedbirleri heyata keçirilir, yeni sengerler qazılır ve mövqelerde möhkemlendirme işleri aparılır.

Döyüşlerde ermenilere mexsus 6 eded tank, 15-dek artilleriya qurğusu ve möhkemlendirilmiş mühendis qurğuları mehv edilib, o cümleden yüzden çox herbi qulluqçusu ölüb ve yaralanıb.

Düşmenle döyüşlerde Silahlı Qüvvelerimizin 12 herbi qulluqçusu şehid olub. Ermeni mövqelerine aviasiya zerbeleri zamanı emeliyyata celb olunan 1 eded Mi-24 helikopteri düşmen terefinden vurulub ve 1 eded tank mina partlayışı zamanı sıradan çıxıb.

Müdafie Nazirliyinin rehberliyi düşmenle döyüşlerde şehid olan herbi qulluqçuların yaxınlarına ve ailelerine derin hüznle başsağlığı verir ve sebr dileyir.
Müdafie naziri döyüşlerde iştirak eden şexsi heyetin döyüş qabiliyyetini, herbi tecrübesini ve döyüş ruhunu yüksek qiymetlendirib.

Müdafie Nazirliyi bildirir ki, ateşkes rejimi haqqında razılaşmanın Ermenistan terefinden pozulması tekraren baş vererse, düşmene vurulacaq zerbeler daha ağır ve sarsıdıcı olacaqdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar