Suriyada vəziyyət gərginləşir
08 Aprel 2011 Cümə 21:07
Deraa şəhərində hakimiyyət əleyhinə keçirilən etiraz aksiyası zamanı ölənlərin sayı 17-yə çatıb
Suriyanın Deraa şəhərində hakimiyyət əleyhinə keçirilən etiraz aksiyası zamanı ölənlərin sayı 17-yə çatıb. ANS PRESS-in "Reuters"ə istinadən yaydığı məlumata görə, aksiya iştirakçıları BƏƏS partiyasının qərargahına və Bəsil Əsədin heykəlinə hücum ediblər. Polis aksiya iştirakçılarına qarşı əsl güllərdən istifadə edib. Nəticədə 17 ada ölüb, 310 nəfər yaralanıb. Ölənlər arasında polisləri olduğu da bildirilir.

Hökumətyönümlü SANA agentliyi isə mitinqçilərə atəş açanların naməlum şəxslər olduğunu yazır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar