Rusiyaya qaz nəqli dayandırıldı
22 Yanvar 2010 Cümə 20:00
Mozdok-Qazıməmməd qaz kəmərində sızma müşahidə olunub
Yanvarın 21-də saat 11-də Mozdok-Qazıməmməd magistral qaz kəmərinin Qubanın Bəqrov kəndindən, Vəlvələçayın içərisindən keçən hissəsində qaz sızması müşahidə olunub. Həmin saatdan qonşu ölkəyə qaz nəqli dayandırılıb.

Baş vermiş qazsızma ilə əlaqədar magistral xəttə nəqlin dayandırılması ilə əlaqədar Rusiya tərəfinə dərhal məlumat verilib.

Siyəzən magistral qaz kəmərləri sahəsinin rəis müavini Mircəlal Kazımzadə bildirib ki, magistral qaz xəttində qeydə alınmış qəzaya görə, bu gün saat 15-dən Quba və Xaçmaz rayonlarının da qaz təchizatı dayandırılıb. Təmir işlərinin günün sonunadək başa çatdırılacağı nəzərdə tutulub və həmin vaxtdan hər iki rayona qaz verilişinin bərpa ediləcəyi planlaşdırılır. Amma qazın magistral xətlə Rusiyaya yenidən nəqlinin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar