Rus gəmiləri sahilimizə yan alacaq
05 Sentyabr 2014 Cümə 18:18
Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının raket gəmiləri Azərbaycan sahillərinə gyan alacaq.
ANS PRESS-in məlumatına görə, "Dağıstan" və "Qrad Sviyajsk" gəmiləri oktyabrda Azərbaycanla yanaşı İran və Qazaxıstan limanlarına da baş çəkəcək.

Bundan başqa Xəzər donanmasının raket gəmiləri Qazaxıstanın Hərbi-Dəniz Qüvvələrləriylə birgə təlimlər keçirəcək. Oktyabr ayının əvvəlində gəmilər Xəzər dənizinə döyüş xidmətinə çıxacaq.

Döyüş hazırlığından başqa 20 gün ərzində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı üçün dənizçilər üç xəzəryanı dövlətin limanına dost səfərləri etməyi planlaşdırırlar.

Gəmilər səfər ərzində Xəzər dənizində 1500 mildən artıq məsafə qət edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar