Ramil Usubov 18 neferi sıradan çıxardı
03 Avqust 2013 Şənbə 11:36
Nazir Daxili işler orqanlarının sıravi ve kiçik reis heyetinde xidmete qebulla elaqedar namizedlere sıra baxışı keçirib.
Daxili işler orqanlarının sıravi ve kiçik reis heyetinde xidmete qebulla elaqedar Daxili İşler Nazirliyinin (DİN) Baş İdare, İdare ve erazi polis orqanlarından gönderilmiş namizedlerin sıra baxışı keçirilib.

Daxili İşler Nazirliyinden ANS PRESS-e verilen melumata göre, tedbirde iştirak eden daxili işler naziri, general-polkovnik Ramil Usubov 643 neferin düzüldüyü ayrı-ayrı kalonları gezib, namizedlerin zahiri görünüşü, fiziki hazırlığının veziyyeti, bilik seviyyesi ile maraqlanıb, bezi irad ve tövsiyelerini bildirib.

R.Usubov ümumen sıra baxışından, namizedlerin hazırlıq seviyyesinden razı qaldığını deyib. Hemçinin, teleb olunan parametrlere uyğun gelmeyen 18 nefer sıra baxışından kenarlaşdırılıb.

Xidmete qebul olunacaq namizedlere gelecek çetin, eyni zamanda, şerefli fealiyyetlerinde uğurlar arzulayan daxili işler naziri emin olduğunu bildirib ki, onlar Azerbaycan Polisinin en yaxşı enenelerini davam etdirerek qanunvericilikle üzerilerine düşen vezifeleri yüksek mesuliyyetle yerine yetirecek, Vetene ve xalqa sedaqetle xidmet edecek, sabitliyin etibarlı temininde, emin-amanlığın nümunevi qorunmasında seylerini esirgemeyecekler.