Qətərlə Azərbaycan arasında viza barədə saziş imzalanacaq
12 Yanvar 2010 Çərşənbə Axşamı 10:15
Diplomatik və xüsusi pasportlara malik şəxslər viza tələblərindən azad olunacaq
Qətərdə rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün ölkə rəhbərliyi ilə görüşəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu gün nazirin Qətərin maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamal, Qətər əmiri Şeyx Hamad bin Xəlifə Al-Tani , Qətər informasiya birliyinin prezidenti, Qətər əmirinin informasiya məsələləri üzrə müşaviri Şeyx Hamad bin Samir Al-Tani ilə görüşü gözlənilir. Bundan başa. E. Məmmədyarov "Al-Diyar Al-Qatari" şirkətinin icraçı direktoru D-r İsa Al-Fadalla da görüşəcək.
Qətər əmiri ilə görüşdən sonra diplomatik və xüsusi pasporta malik şəxslərdən vizanın tələb olunmamasına dair hökumətlərarası müqavilənin imzalanması mərasiminin keçirilməsi planlaşdırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar