Qazaxıstan prezidenti Azərbaycanı misal çəkib
22 Yanvar 2010 Cümə 17:30
Nursultan Nazarbayev: “Niyə səmt qazı neft çıxaran şirkətə məxsus olmalıdır?”
Qazaxıstan prezidenti Nursultan Nazarbayev səmt qazının nəqlindən gəlirlərin əldə olunmasında Azərbaycandan misal götürməyi və öyrənməyi məsləhət görüb. “Niyə səmt qazı neft çıxaran şirkətə məxsus olmalıdır? Bu, heç müqavilədə də yoxdur. Deyirlər ki, Azərbaycanda artıq bu məsələni çoxdan həll ediblər”, - deyə ölkə başçısı 2009-cu ilin yekunları ilə bağlı çıxış edərkən söyləyib.

Qazaxıstan prezidentinin fikrincə, səmt qazı dövlətin mülkiyyətidir: “Bu qaz heç bir şey deyil. Onun çıxarılmasına heç kim heç nə xərcləmir. Buna görə, heç bir pul ödəmir”.

Sonda ölkə başçısı baş nazir Kərim Məsimova bu məsələni araşdırmağı və yeni müqavilələr imzalanarkən bunu nəzərə almağı tapşırıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar