Parklarda siqaret çəkmək qadağan olunacaq
16 Sentyabr 2009 Çərşənbə 22:30
Eyni qadağa çimərliklərdə də tətbiq ediləcək
Nyu-Yorkun icra hakimiyyəti şəhərin park və çimərliklərində siqaret çəkmək qadağan olunacaq. Qeyd edək ki, altı il bundan öncə Nyu-Yorkda ictimai yerlərdə siqaret çəkmək qadağan olunub. Belə ki, bu qadağa o qədər müsbət səmərə verib ki, Böyük Britaniya və bəzi Avropa ölkələri analoji qanunu tətbiq edib.

İndi isə yeni səhiyyə proqramına müvafiq olaraq şəhərin icra orqanı Nyu-Yorkun 1700 park və yeddi çimərliyində siqaret çəkmək qadağan ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar