Nizami Cəfərov: “AMEA-da ad və soyad bankı yaradılıb”
19 Yanvar 2010 Çərşənbə Axşamı 15:30
Azərbaycan Milli Elmlər Akademiyasında adlar və soyadlarla bağlı yaradılan komissiya ciddi şəkildə işləyir. Artıq ad və soyad bankı yaradılıb.
“Azərbaycan Milli Elmlər Akademiyasında adlar və soyadlarla bağlı yaradılan komissiya ciddi şəkildə işləyir. Artıq ad və soyad bankı yaradılıb. 1950-ci illərdən sonrakı adlar araşdırılıb”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. Rəhbərlik etdiyi komitənin iclasında çıxış edən N. Cəfərov bildirib ki, ad və soyad dəyişdirilməsi ilə bağlı məsələ cəmiyyətdə birmənalı qarışlanmır. Onun sözlərinə görə, hamı soyadın imperativ norma kimi dəyişməsinin yeni doğulan uşaqlara şamil olunması ilə razılaşır: “Əvvəlki nəsillər sərbəst buraxılır. Lakin kiminsə adı Məhəmmədirsə, adını dəyişib Bin Laden qoya bilməz. Hələlik müzakirələrin nə ilə nəticələnəcəyini deyə bilmərik. Ədliyyə Nazirliyinin təklifi ilə Ailə Məcəlləsinə dəyişiklikmi ediləcək, yeni bir qanunmu qəbul olunacaq, ya məsələ ilə bağlı prezidentin sərəncamımı olacaq? Bunlar hələlik dəqiq məlum deyil”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar