Moskva polisi azerbaycanlı miqrantları saxladı
20 Noyabr 2013 Çərşənbə 12:03
Rusiyadakı “Moskva” ticaret merkezinde qanunsuz miqrantlara qarşı növbeti reyd heyata keçirilib.
Moskva polisi miqrantlar terefinden miqrasiya qanunvericilinin pozulmasına qarşı Lyublinodakı “Moskva” ticaret merkezinde reyd keçiribler. ANS PRESS-in "RİA Novosti"ye istinadla veridiyi melumata göre, reydler neticesinde miqrasiya qanunlarını pozmaqda günahlandırılan minden artıq miqrant saxlanılaraq polis bölmelerine aparılıb. Bu barede Rusiya DİN-nin metbuat xidmetinden melumat verilib. Yoxlamalar neticesinde saxlanılan miqrantlar arasında Koreya, Vyetnam, Tacikistan, Özbekistan, Azerbaycan ve efqanıstandan vetendaşları var.

Reydler zamanı saxlanılan miqrantların hansı cinayeti töredib-töretmedikleri, elece de Rusiya erazisinde qanunsuz olub-olmadıqları yoxlanılacaq.







DOSTLARINLA PAYLAŞ:

oyunlar