Mini buz dövrü başlayır
11 Yanvar 2010 Bazar Ertəsi 14:50
Mini buz dövrü başlayır. Buzlaşma 20-30 il davam edəcək.
Dünyada "mini buz dövrü" başlayır. Bu iddia ilə ingiltərəli alimlər çıxış edib. Onlar Avropa və Şimal yarımkürəsini təsiri altına alan şaxtalı hava şəraitinin 20-30 il davam edəcəyini, bununla da "mini buz dövrünün" yaşanacağını iddia edirlər.

İngiltərənin "Daily Mail" qəzetinin məlumatına görə, tanınmış alim və BMT-nin hökumətlərarası İqlim Qurumunun (İPCC) üzvü professor Mojib Latif Sakit okean və Atlantik okeandan götürülmüş suyun hərarətini tədqiq edəndən sonra bu nəticəyə gəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar