Həmyerlimiz ermənilər tərəfindən oğurlandı
22 Yanvar 2010 Cümə 20:05
Hadisə Gürcüstanda baş verib
Gürcüstanın Sadaxlı kənd sakini Sayad Mehdiyevin Trend News-a verdiyi məlumata görə, dünən gecə saat 01:00 radələrində Nayibov Valeh adlı şəxs itmiş heyvanının axtarışına çıxarkən ermənilərlə qarşılaşıb. Nayibovu aparan ermənilər bir-neçə saat sorğu-sual etdikdən sonra səhərə yaxın buraxıblar.

Mehdiyev ermənilərin suallarının nədən ibarət olduğunu açıqlaya bilməyib.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar