Euronews baş ofisinin qarşısında etiraz aksiyası
07 Dekabr 2009 Bazar Ertəsi 10:05
Aksiyanı Dağlıq Qarabağın Euronews tərəfindən müstəqil ölkə kimi göstərilməsinə etiraz edən azərbaycanlılar keçirəcək.
Fransada yaşayan azərbaycanlılar “Euronews” kanalında Dağlıq Qarabağın müstəqil ölkə kimi göstərilməsinə etiraz olaraq aksiya keçirəcəklər. Fransada yaşayan həmvətənimiz Araz Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, dekabrın 11-də Lion şəhərində keçiriləcək aksiyada Fransada təhsil alan və yaşayan azərbaycanlılar iştirak edəcək. Aksiya Lion şəhərində “Euronews” telekanalının baş ofisinin qarşısında keçiriləcək.

Xatırladaq ki, 28 noyabrda telekanal separatçı Dağlıq Qarabağ rejimini müstəqil respublika kimi təqdim edib. Üstəlik rəsmi Bakının icazəsi olmadan bölgəyə səfər edib. Məsələ ilə əlaqədar Azərbaycan xarici siyasət idarəsi “Evronews”a rəsmi etiraz məktubu göndərib.

“Euronews” telekanalı isə Dağlıq Qarabağ münaqişəsi zamanı öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlılarla bağlı veriliş hazırlamaq niyyətindədir. Bunu telekanalın rəhbəri Piter Barabas bildirib. Piter Barabasın sözlərinə görə, verilişin hazırlanmasında məqsəd tarazlığı qoruyub saxlamaqdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar