Cənubi koreyalı ulduz ölkəmizə gəlir
07 İyun 2012 Cümə Axşamı 15:17
"Azərreyl" Yeon Kounq Kimlə müqavilə imzalayıb.
Ötən mövsümdə "Fənərbaxça" forması geyinən cənubi koreyalı dünya ulduzu Yeon Kounq Kim karyerasını Azərbaycanda davam etdirəcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, yeni mövsümdə cənubi koreyalı ulduz "Azərreyl" komandasında forma geyinəcək. Türkiyə mətbuatının yaydığı məlumata görə, Avropanın bir çox güclü klubları Yeon Kounq Kimi heyətinə qatmağa çalışsalar da "Azərreyl" voleybolçu ilə rəsmi müqavilə imzalayıb. Qeyd edək ki, 1988-ci il təvəllüdlü dünya ulduzunun boyu 192 santimetrdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar