Atəşkəs iki istiqamətdə pozulub
18 Sentyabr 2009 Cümə 09:40
Düşmən cavab atəşilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 17-də və 18-də atəşkəs rejimini pozub. Erməni ordusu saat 06.40-dan 07.00-dək Cəbrayıl rayonunun Mehdili kəndi, saat 23.00-dan 23.15-dək və sentyabrın 18-də saat 05.30-dan 05.45-dək Ağdam rayonunun Sarıcalı və Şurabad kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar