Bankir olmaq istəyirsəniniz?
04 May 2012 Cümə 18:17
“Unibank” yeni əməkdaşların cəlb olunması üzrə kampaniyaya başlayır.
Xidmət şəbəkəsinin genişləndirilməsi məqsədi ilə “Unibank” yeni əməkdaşların cəlb olunması üzrə misli olmayan bir kampaniyaya başlayır. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bank özünün mərkəzi ofisində, filiallarında və şöbələrində 100-dən artıq vakansiya haqqında elan edir.

Özəl bank sektorunun liderlərindən biri sayılan “Unibank” məhz gəncləri özlərini kredit müfəttişləri, kassirlər, əməliyyatçılar və korporativ biznesə xidmət göstərilməsi üzrə mütəxəssislər qısmində sınamağa dəvət edir. Bankın HR xidməti bu gün iqtisadi və texniki təhsilli iddiaçılar arasında, bu mövqelər üzrə qəbul elan edib. Özünü bank biznesində tapmaq üçün unikal şans, hər şeydən əvvəl, 21 yaşdan 28 yaşa qədər olan gənc mütəxəssislərə təklif olunur.

Hər bir iddiaçı bankın http://unibank.az/ru/about-bank/vacancy/saytında, “Vakansiyalar” bölməsində CV formasını doldurmaqla, vakant vəzifələrə iddia edə bilər. Üstünlük ambisiyalı, təşəbbüskar və ünsiyyət qabiliyyətli, iqtisadi nəzəriyyə sahəsində biliklərə malik, habelə Azərbaycan və rus dillərinə sərbəst yiyələnən namizədlərə veriləcək. Bu zaman, bank sahəsində təcrübənin olması mütləq şərt deyil.

“Məqsədimiz bankın müvəffəqiyyətinə, rəqabət baxımdan qabiliyyətliliyə və milli iqtisadiyyata pay vermək meylinə imza atmaq istəyən gənc və istedadlı kadrların cəlb edilməsidir”, - deyə “Unibank” ASC-nin İnsan Resursları üzrə meneceri Məlahət Abdullayeva bildirib. Onun sözlərinə görə, dinamik peşə arzusunda olan komandada işləməyi bacaranhər kəs, mayın sonuna kimi öz tərcümeyi-halını banka göndərə bilər. “Bank işinın bütün çətinliklərini nəzərə alaraq, “Unibank” yeni mütəxəssislərin cəlb edilməsi ilə bərabər, öz səylərini onlardan hər birinin ixtisasının yüksəldilməsi üçün bütün lazımi şərait yaratmağa hazırdır”, - deyə o qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar