Zorlanaraq həbs edilən qız azadlığa buraxıldı
22 İyul 2013 Bazar Ertəsi 18:27
BƏM nigahdankənar intim əlaqədə günahlandırdığı Norveç vətəndaşına bəraət verdi.
Birləşmiş Ərəb Əmirlikləri hakimiyyəti (BƏM) nigahdankənar intim əlaqədə günahlandırdığı Norveç vətəndaşına bəraət verdi və ona ölkəni tərk etməyə icazə verdi. ANS PRESS-in ria.ru-ya istinadən verdiyi məlumata görə, 2011-ci ildən Qətərdə işləyən 24 yaşlı interyer dizayneri Marta Debora Dalelb (Marte Deborah Dalelv), martda bir neçə həmkarı ilə Dubaya ezamiyyətə göndərilir. Marta barda spirtli işki qəbul etdikdən sonra, yolda azmaması üçün həmkarlarının birindən onu otelə ötürməyi xahiş edib. Lakin kişi onu öz otel nömrəsinə aparır və üstündən bir müddət keçdikdən sonra Dalelb polisə zorlanması ilə bağlı şikayət edib.
Qadının sözlərinə görə, polis onu zorlayanı saxlamaq əvəzinə qadını iki saat sorğu sual edib.Hətta polisin ona verdiyi "Əlaqəni bəyənmədiyin üçün polisə müraciət etmisiz?" sualı qarşısında şoka düşüb: "Həkim mənə zorlama diaqnozu qoymaq istəmədi".
Sonradan saxlanılan qadına qarşı spirtli içkidən istifadə, yalan məlumat vermə və evlilikdən kənar əlaqəyə girmək ittihamı irəli sürülüb və ona qarşı 16 ay həbs verilib. Dalelvin pasportu əlindən alındığı üçün sentyabra kimi Dubaydan çıxa bilməyəcəkdi. Qarşı tərəfə də zorlama deyil, nikahndan kənar əlaqəyə görə məhkəməyə cəlb edilib.
Norveç Xarici İşlər Nazirliyi ölkəsinin vətəndaşının bu gün bəraət qazandığını və əgər istəyərsə Ərəb Əmirliklərini tərk edə biləcəyini bildirib. Norveç XİN-in nümayəndəsinin sözlərinə görə, iki ölkənin xarici işlər nazirliyinin konstruktiv dialoqundan sonra bu qənaətə gəliblər.
Marta jurnalistlərə, "Mən çox, çox xoşbəxtəm" - deyib və BƏM-i mümkün qədər tez tərk edəcəyini söyləyib.
Xatırladaq ki, Abu-Dabi məhkəməsi 2010-cu ildə də imiqrant qadına qarşı analoji qərar çıxarmışdı. 6 nəfər tərəfində zorlandığını iddia edərək polisə şikayət edən imiqrant qadını 1 il müddətinə azadlıqdan məhrum etmişdi.
DOSTLARINLA PAYLAŞ: