Toppuş bacı Tünzalə Əliyeva ana oldu
13 Avqust 2016 Şənbə 23:06
Toppuş bacı kimi tanıdığımız Əməkdar artist Tünzalə Əliyeva ana olub, qız övlad dünyaya gətirib.
Toppuş bacı kimi tanıdığımız Əməkdar artist Tünzalə Əliyeva ana olub. Əməkdar artist qız övlad dünyaya gətirib. Övlada Zəhra adını veriblər.

Təəssüratlarını bölüşən toppuş bacı Tünzalə Əliyeva  bunları deyib:“Mən heç vaxt şəxsi həyatımla gündəmdə olmamışam. Edilən dualara görə bunu özümə borc bildim. Böyüklərdən üzr istəyirik, bu gün bizim Zəhramız dünyaya gəldi”.

Toppuş bacı Tünzalə Əliyeva həyat yoldaşı Röyal ilə 2013-cü ildə ailə qurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar