Xuraman Şuşalı içki olan məclislərə getmir
04 İyun 2016 Şənbə 21:28
Populyar müğənni Xuraman Şuşalı həm sənət həyatı həm də ailə həyatı ilə əlaqəli önəmli etiraflar edib.

Xuraman Şuşalı etirafları

Xuraman Şuşalı: Artıq 4 ildir ki, içki olan məclislərə nə qonaq, nə də müğənni kimi gedirəm. Dinimizdə haram buyurulub. Daha çox xına mərasimlərinə gedirəm. Düzdür, artıq xına dəb halını alıb. Bir çox həmkarlarım da bu sahə ilə məşğul olurlar, amma mən özümü №1 sayıram. Çünki mənim kimi adət-ənənələrlə həm xınanı yaxıb, həm aparıcılıq edib, həm də oxumurlar. Bəlkə, bəziləri məndən inciyəcəklər, ancaq əziyyətimi qiymətləndirib deyirəm, təkəbbürlük deyil. Hər dəfə ayrı-ayrı dekorlardan istifadə edirəm.
 
Xuraman Şuşalı Elçin adlı şəxslə evlidir və onların Məhəmməd Mehdi, Tumurcuq Surə, Hüseyn Abbas adlı övladları var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar