Populyar müğənni Günay İbrahimli nə vaxt ərə gedəcəyi sualına cavab verdi. Hamını da şoka sala bilərəm.
Populyar müğənni və şou biznesimizin tanınan üzü Günay İbrahimli Qafqazinfo saytına müsahibə verib. Evlilik haqqında hamını şoka sala biləcəyini etiraf edib.
- Evlilik planlı olur?
- Bu fikirlə razı deyiləm. Planlı evliliklər uzumüddətli olmur. Ola bilər ki, kimisə birdən görüb sevəsən. Bir həftə içində evlənirsən, uşaq dünyaya gətirirsən. Belə şeylər ola bilər. Ancaq planla qurulan evlilik tamam başqadır. Ata-ananın göstərişi ilə evlənənlər var. Valideynlər tutaq ki, deyir qızımı bacım oğluna verəcəm. Baxın, bu planlı evlilikdi, sevgi evliliyi deyil. Mən bayaq dedim ki, 2-3 ilə evlənə bilərəm. Ancaq qəfil ərə gedərəm, hamını da şoka salaram. Sabahı bilmək olmur.
- Şou-biznesdəki evliliklər nədənsə, uğursuzluqla nəticələnir...
- Adi həyatda o qədər hadisələr baş verir ki... Boşanmalar, xəyanət və ölüm hadisələri çox olur. Sadəcə olaraq, onların başına gələn bu hadisələr şişirdilmir. İncəsənət nümayəndələri göz önündə olur və nümunə göstərilir. Fakt budur ki, adi insanların başına gələn pis hadisələr çox olur. Şou-biznesdə elə insanlar var ki, min dəfə onlardan qeyrətlidir. Düşünürəm ki, vəzifə və işlə bunu uyğunlaşdırmaq olmaz. Hər kəsin başına belə hadisələr gələ bilər.