Rza Zərrab Azəri qızı Günelin atasının üstünə qışqırıb
18 Yanvar 2010 Bazar Ertəsi 15:30
Rza Zərrab Azəri qızı Günelin atasının üstünə qışq. Buna səbəb isə, Azəri qızı Günelin atası Rəhman Zeynalovun Ebru Gündəşi təhqir etməsi olub.
Türkiyədə tanınmış müxbirlərdən biri sayılan Tunc Ərdən Yaxar Rza Zərrabdan müsahibə alıb. Azərbaycanlı iş adamı türk müxbirinə Azəri qızı Günelin atası Rəhman Zeynalovun şahidliyi ilə müsahibə verib.
Rza Zərrab Günelin dediklərini ifşa edərək bildirib ki, Ebru Gündəşə 4 milyon dollar xərcləməyib. O, Ebru Gündeşə 1 lirə belə xərcləmədiyini söyləyib. Əksinə, R.Zərrab Günellə görüşdüyü 8 il ərzində ona 4 milyon dollardan çox pul xərclədiyini açıqlayıb. İş adamı hətta bunu sübut edə biləcəyini də vurğulayıb. Onun dedyinə görə, münasibətləri zamanı Günelə hər ay təxminən 125 min dollar pul xərcləyib.
Rza Zərrabın bildirdiyinə görə, Günelin albomuna 350 min dollar dəyərində vəsait xərcləyib. İş adamı hətta həmin albomun işıq üzü görməsində Günelə kömək edən Sezgin bəyi də jurnalistlə tanış edib.
Günelin atası isə Rza Zərrabdan “bunu sənə zorlamı etdirdik?”- deyə soruşduqda, iş adamı “O, mənim qadınım olduğuna görə, bir kişi kimi vəzifəmi yerinə yetirmişəm. Halal xoşu olsun”-deyə cavab verib.
Daha sonra R.Zərrab keçən həftə Günelin evinə getmədiyini də etiraf edib. İş adamı Günelin evindən 15 metr kənarda yerləşən səsyazma studiyasına getdiyini vurğulayıb. Günelin atası Rza Zərrabın sözünü təsdiqləyib. Bundan başqa iş adamı jurnalistə daha bir faktı açıqlayaraq, üzünü Günelin atasına tutub: “Rəhman bəy, həmin şəklin çəkildiyi gün sən mənə dəfələrlə zəng edib, yeməyə dəvət etdin. Mən də sənə cavab verdim ki, gələ bilmərəm. Çünki sənin qızın yenə həmin yerə paparaçiləri göndərər”-deyə açıqlayıb.
Günelin atası da Rza Zərrabın açıqlamasını təsdiqləyərək: “Düzdür. 1 ildir Rza bir dəfə olsun qızımla üz-üzə gəlməyib. Görüşdürmərəm də, onsuz da bu iş bitib”-deyə jurnalistə bildirib.
“Günelin atası ilə söhbət zamanı səsyazma studiyasına gedəcəyimi ona demişdim. Allah lənət eləsin o günə, gərək həmin küçədəki studiyaya getməyəydim”-deyə Günelin evi qarşısında çəkilən şəkillərindən danışdı.
O, Günellə görüşdüyü vaxt Ebru Gündeşlə münasibətinin olmadığını söyləyib: “Atası da burdadır, Güneldən çoxdan ayrılmışdım. Bizim Günellə ayrılığımızın başqa səbəbi olub. Günel sadəcə bilirdi ki, mən Ebru Gündeşin heyranı idım”.
Jurnalistə müsahibə verən Rza Zərrabın açıqlamasına Günelin atası müdaxilə edib. Rəhman Zeynalovun sözlərinə görə, onun qızını hamı tanıyır, Ebru Gündeşin hansı yuvanın quşu olduğunu da. Rza Zərrab isə onun üstünə qışqıraraq: “Milyon sənin kimisi gəlsə də, Ebru Gündeş barədə pis söz deyə bilməz. Ebru Gündeş haqqında bir kəlmə də belə danışsan, bu işin sonu sənin üçün pis olar. Ebru Gündeş mənin həyatımdakı qadındır”-deyə ona hədə-qorxu gəlib.
Müsahibənini sonunda isə Rza Zərrab türk jurnalistinə Günelin atasının yaşadığı evin kirayəsini hələ də ödədiyini bildirib. İş adamı hətta Günelin sürdüyü avtomobilin də ona aid olduğunu dilə gətirib. “Mənə təsir edən avtomobilimdən istifadə edə-edə Günelin haqqımda bu qədər yalan danışmasıdır. Artıq bizdən əl çəksin”-deyə R.Zərrab əlavə edib.
Daha sonra Rza Zərrab Güneldən ayrılmasının səbəbini də açıqlayaraq: “Məndən əvvəl Günel Ramin adlı bir nəfərlə 3 il sevgili olub. Günellə münasibətimizin 4-cü ili idi, anası da bizimlə oturmuşdu. Birdən onun telefonuna SMS gəldi, özü də bilmədən telefonu əindən aldım. Telefonda “Aşkım, səni seviyorum” məzmunlu mesaj vardı. Mesajı göndərən Günelin məndən əvvəlki sevgilisi idi. Dərhal Ramini aradım və telefonun səsini ucaltdım”-deyə bəyan edib.
Rza Zərrabın bildirdiyinə görə, Ramin ona bir ay əvvəl Günelə görə həyat yoldaşı Ulduzdan boşandığını söyləyib: “Ramin dedi ki, Günel tez-tez ona zəng edərək, sevdiyini deyib və həyat yoldaşı da bunu öyrəndiyi üçün boşanıblar. Günel bütün bunlara bir cavab vermədi. Mən sonradan Ulduzu Azərbaycanda tapdım və bunun həqiqət olduğunu öyrəndim. Amma mən Günelin bu səhvini də əfv etdim” - deyə bildirib.
O, Güneldən ayrıldıqdan aylar sonra Ebru Gündeşlə birgə olduqlarını dilə gətirib. İş adamı türk müğənnisini digər qadınlara örnək kimi də göstərib. “Uşağımın anası olması üçün ona hər şeyimi verərəm. Etiraf edirəm, Günellə olduğum dövrdə onu çox aldatdım, amma hər dəfə bir həftə sonra üzülərək geri qayıtdım. Günel indi mənim ondan ayrılmağımı qəbul edə bilmir və buna görə də Ebru Gündeşlə aramı pozmaq istəyir. Bir dəfə azərbaycanlı bir dostumun toyunda olarkən Günelin atası məni aradı, kəllə-paça yemək üçün çağırdı. Dedim ki, qızın oyun oynayır, mənə zəmanət verdi. Yemək yediyimiz zaman Günel gizlicə mənim telefonumdan Ebru Gündeşə mesajlar yazıb. Məsələn, yazıb ki, “Ebru, mən Günelə çox aşiqəm, bu iş bitib, məni arama”- deyə söyləyib.
Daha sonra Rza Zərrab jurnalistə sübut etmək üçün onların əyləşdikləri otağa Günelə onun telefonunu verən və buna görə oteldə işindən qovulan qızı da çağırtdırıb. Qız Günelin ona 500 dollar verdiyini etiraf edərək, buna görə Rzanın telefonunu bir müddət Günelə verdiyini təsdiqləyib.
Bu açıqlamalardan sonra isə Günelin atası Rəhman Zeynalov ayağa duraraq jurnalistə hədə-qorxu gəlib: “Qızım haqqında deyilən bu açıqlamalardan bir kəlmə də olsa yazılsa, səni öldürərəm”-deyərək onun üstünə qışqırııb.
Sonda isə jurnalist Rza Zərraba anasının Ebru Gündeşi qəbul etməməsi ilə bağlı sual ünvanlayır. İş adamı anasına zəng edəndən sonra məlum olur ki, o, Ebru Gündeşi deyil, Güneli qəbul etmək istəməyib. Anası elə bu səbəbdən də 3 il öz oğlu ilə küsülü qalmalı olublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: