Zombilər Maykl Ceksonu yad etdi
01 İyul 2013 Bazar Ertəsi 06:02
Varşavada keçirilən anım mərasimi xüsusi marağa səbəb olub.
Pop musiqisinin kralı adlandırılan Maykl Cekson ölümünün 4-cü ildönümündə yad edilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, sənətçinin pərəstişkarları pop-kralının xatirə günü münasibətilə müxtəlif tədbirlər təşkil ediblər.
Polşanın paytaxtı Varşavada keçirilən anım mərasimi isə xüsusi marağa səbəb olub. Maykl Ceksonu yad etmək üçün toplaşanlar xüsusi makiyaj və kostyumlarla özlərini zombilərə bənzədiblər.
Bununla da sənətçinin ən tanınmış mahnılarından biri olan “Thriller”in klipindəki ab-hava yaradılmağa çalışılıb.
Qeyd edək ki, Maykl Ceksonun ölümündən 4 il ötsə də, mütəmadi olaraq KİV-də onun ölümünün müxtəlif səbəbləri açıqlanır. Son günlər isə mətbuatda ekspertlər onun ölümü ilə bağlı yeni versiyalar üzə çıxarıblar. Belə ki, eskpertlərin fikrincə, müğənninin ölümünə səbəb yuxusuzluq olub.
DOSTLARINLA PAYLAŞ: