Zeynəb Xanlarova model Tunayı qızlığa götürmək istəyir
05 Oktyabr 2009 Bazar Ertəsi 12:00
Zeynəb Xanlarova model Tunayı qızlığa götürmək istəyir. Millət vəkili “ZƏRİF ÇƏRŞƏNBƏ”nin qonağı oldu.
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ANS-in yeni layihəsi “ZƏRİF ÇƏRŞƏNBƏ”nin qonağı oldu. Açıq söz deməkdən çəkinməyən millət vəkili veriliş boyu aparıcıların suallarını cavablandırarkən maraqlı açıqlamalar verib. Televiziya proqramlarında iştirak etməyi sevməyən böyük sənətkar ANS TV-yə və Sevil Nuriyevaya böyük hörmət bəslədiyindən bu dəvəti qəbul etdiyini dəfələrlə qeyd etdi. Zeynəb Xanlarova studiyaya daxil olduqda yaxın dostu jurnalist Mailə Muradxanlının gördükdə çox sevinib. Uzun müddət görüşməyən illərin dostları veriliş əsnasında və çəkilişdən sonra gənclik xatirələrindən danışıblar. Çəkilişlər zamanı verilişin aparıcılarından olan Tünay Zeynəb Xanlarovanın o dərəcədə xoşuna gəldi ki, “Sən nə qədər şirin qızsan, bəlkə səni qızlığa götürüm?” dedi. İki oğul anası olan millət vəkili həmişə belə gözəl qız anası olmaq arzusunda olduğunu bildirib.
“ZƏRİF ÇƏRŞƏNBƏ” tanınmış telejurnalist Sevil Nuriyeva, jurnalist və “Bakıfilm” studiyasının baş redaktoru Mailə Muradxanlı, xalq artisti aktrisa Həmidə Ömərova və model Tunayın təqdimatında ortyabrın 7-dən hər çərşənbə saat 22:00-da efirdə olacaq.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: