Zamiqin toyunda nələr baş verib?
15 Dekabr 2009 Çərşənbə Axşamı 18:35
Zamiqin toyunda nələr baş verib? Toyun kulminasiyası nöqtəsində müğənni Röyanın mərasimə qatılıb.
Müğənni Zamiqin toyu olub. Həyat yoldaşı Nigar Rəfiyeva ilə xarici ölkələrin birində dincələrkən tanış olan sənətçi mərasimə gələn qonaqlara öz tanışlıqları ilə bağlı görüntüləri videoçarx şəklində nümayiş etdirib.
"Kral" şadlıq evinin içi Zamiq və Nigarın böyük şəkilləri ilə bəzədilib. Gəlin üçün libas məşhur dizayner Valentinodan olub. Saç düzümü və makiyajı isə tanınmış stilistlər Anar Məlik və Telmanın əl işi olub.

Toy məclisini isə tanınmış aparıcılar Nəsib Nur, Nərqiz Cəlilova və müğənni Abbas Bağırov aparıb. Bəyi təbrik etmək üçün Ayaz, Samir Cavadzadə, Xəyyam Nisanov, Elnarə, Natəvan, Röya, İradə İbrahimova, Elnur, İlqar Muradov, Vaqif Gərayzadə, Nailə Mirməmmədli, Hüseyn Abdullayev və diqər həmkarları təşrif buyurub.

Onu da qeyd edək ki, toya gələn müğənnilər mərasimdə yalnız qonaq qismində iştirak edib. Bəy və gəlinin xahişi ilə yalnız Zülfiyyə Xanbabayeva və Eyyub Yaqubov səbəbkarlara mahnı ərməğan edib.

Toyun sonuna yaxın isə məclisə xalq artisti Faiq Ağayev qatılıb. Digər xalq artisti Brilliant Dadaşova toya dəvət olunsa da, xaricdə olduğundan toyda iştirak edə bilməyib.

Media nümayələrindən isə yalnız bəy və gəlinin yaxın dostları iştirak edib. Toyun kulminasiya anında isə müğənni Röya mərasimə qatılıb. Toyun sonunda isə gəlinin gül dəstəsini Toppuş bacı kimi tanınan əməkdar artist Tünzalə Əliyeva tuta bilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar