Zamiq maraqlı etiraflar edib
18 Avqust 2013 Bazar 03:26
Müğenni Zamiq özü ile bağlı maraqlı etiraflar edib.
Axşam.az-ın məlumatına görə, sənətçi “ATV Maqazin” dərgisinə müsahibəsində çox qısqanc olduğunu və ağlamağı bacarmadığını deyib:

“Ağlaya bilmirəm. Kaş ki, bunu bacaraydım. Hətta tək olanda belə gözümdən iki damla yaş güclə axar. Əvəzində isə çox kövrəyəm. Əgər hönkürə bilsəm, içimdəki o əsəb, ağrı, hirs olmaz. Bir də çox qısqancam. Hətta dostlarımı da qısqanıram. Bəzən deyirlər ki, qısqanclıq inamsızlıqdan doğur, mənsə hələ ki, bu halımın səbəbini izah edə bilmirəm. Amma düşünürəm ki, qısqanclıq zəifliyin əlamətidir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar