“Yüksek sadakat” ANS ÇM-də
05 Aprel 2011 Çərşənbə Axşamı 16:32
Qrup üzvləri siyasi bəyanat verib...
Türkiyəni bu il “Eurovision”da təmsil edəcək “Yüksek Sadakat” qrupu ANS ÇM-də “Hər səhər” verilişinin qonağı olub. Qrup üzvləri indiyə qədər məhz ANS ÇM-də, “Hər səhər” verilişində qeyri-standart suallara cavab verdiklərini və görüşdən çox məmnun olduqlarını deyiblər. Onlar suallara yüksək əhval-ruhiyyə ilə cavab verməklə pozitiv enerji aldıqlarını gizlətməyiblər.
Qrup üzvləri “Manqa” qrupunun ötən il qazandığı uğurunu nəinki təkrarlayacaqlarına, hətta I pillədə olacaqlarına ümidvar olduqlarını gizlətməyiblər. “Yüksek sadakat” qrupunun üzvləri habelə çıxışları zamanı bir sıra sürprizlər də vəd ediblər.
“Hər səhər”in aparıcıları Aytən və Validin suallarını cavalandıran müsahiblər siyasi bəyanat verməkdən də çəkinməyiblər.
Qeyd edək ki, bu barədə daha ətraflı ANS ÇM-in www.ansradio.ws saytında tanış olmaq olar.
DOSTLARINLA PAYLAŞ: