“Show" TV-nin müxbiri verdiyi sualla Yıldız Tilbeni hövsələdən çıxarıb.
Türiyənin tanınmış müğənnilərindən olan Yıldız Tilbe yeni albomu barədə keçirdiyi mətbuat konfransında qadın müxbiri təhqir etdi. Qeyd edək ki, albom barədə suallara cavab verdikdən sonra “Show" TV-nin müxbiri Seyhan Erdağ “mövzu xaricində sual verə bilərəmmi?” deyə izn istəyib və Tilbeden küsülü olduğu, ancaq yaralandıqdan sonra xəstəxanada ziyarət etdiyi İbrahim Tatlısesin səhhəti ilə maraqlanıb maraqlanmadığını soruşdu. Məlumata görə, müğənni “Allah şəfa versin” – deyərək mövzunun üstündən keçmək istəsə də müxbir sualı fərqli cümlələrlə verərək onu hövsələdən çıxarıb. Əsəbləşən Yıldız Tilbə isə “O...pu Seyhan” deyə ona sərt cavab verib. ANSPRESS