Yeganə oğlunu 8 aylıq dünyaya gətirdi
28 Fevral 2011 Bazar Ertəsi 11:51
Körpəyə Ömər adı verilib
Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Yeganə ana olub. Müğənninin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 26-da Türkiyə xəstəxanalarından birində müğənninin oğlu dünyaya gəlib. 8 aylıq doğulan uşağın çəkisi 2 kq 800 qramdır.

Ana və körpə özlərini yaxşı hiss edirlər. Onların bu gün xəstəxanadan çıxacaqları gözlənilir. Yeganə və onun həyat yoldaşı Fateh ilk övladlarının adını Ömər qoyublar.

Yeganə bildirib ki, ana olduğuna görə özünü dünyanın ən xoşbəxt insanı hesab edir: “Ana olmaq böyük bir xoşbəxtlikdir. Bu müddət bir az çətin keçsə də, səhhətimdə problemlər yaransa da hər şey yaxşı qurtardı. Allaha şükür edirik ki, oğlumuz dünyaya gəlib. Fatih sevincindən nə edəcəyini bilmir. Onun otağının qapısının üzərinə Ömərin adını yazdırıb. Bu günü hamıya arzulayıram”.

O ki qaldı müğənninin Bakıya gəlməsinə, o, hələ bu barədə düşünmür: “Uşaq hələ çox körpədir. Ancaq üç ayı tamam olandan sonra Bakıya gəlməyi düşünürəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar