Yeganə Mürsəlova xına gecəsi ağır xəsarət alıb
14 İyul 2010 Çərşənbə 10:25
Yeganə Mürsəlovanın həyat yoldaşı və qayınları polisə ifadə vermək məcburiyyətində qalıblar.
Yeni ailə qurmuş müğənni Yeganə Mürsəlova ciddi xəsarət alıbmış. Müğənninin ANS PRESS-ə verdiyi məlumata görə, xəsarəti Türkiyədə təşkil edilən xına gecəsi günü gözəllik salonunda alıb: "Qayınanam mənim üçün möhtəşəm xına gecəsi düzənləmişdi. Bəzənmək üçün gözəllik salonuna getmişdim. Salondakı şüşə masaya dirsəkləndim. Sən demə şüşə çatlayıbmış. Mən dirsəklənən kimi şüşə masa iki yerə bölündü və şüşələr sinəmi və qolumu kəsdi. Salonun içi bütün qan idi. Xəstəxanaya çatdırılana qədər maşının da içi qanla doldu. Qolumdakı kəsik o dərəcədə dərin idi ki, həkimlər tikiş qoymaq məcburiyyətində qaldılar. Həkim dedi ki,"yaxşı qurtarmısan. Şüşə bir balaca da dərinə getsəydi, şah damarın kəsilərdi. Onda da səni xilas etmək mümkün olmayacaqdı".
Yeganə Mürsəlova bu qəzaya görə həyat yoldaşı Fatehin bütün yaxınlarının polisə ifadə vermək məcburiyyətində qaldığını deyib: "Polislər Fatehdən, qayınlarımdan, gözəllik salonunun işçilərindən, demək olar ki, ətrafımda olan hər kəsdən ifadə aldılar. Qəza keçirdiyim məkana baxış keçirdilər. Belə ağır xəsarətin bir qəza olduğuna inana bilmirdilər. Həm də mən Türkiyədə xarici vətəndaş olduğum üçün işin üstünə çox ciddi düşmüşdülər.
Bir sözlə xına gecəmi, oğlan toyunu ağrıkəsici iynələrlə başa vurmalı oldum. Qayınanamın mənə hədiyyə aldığı gəlinlik paltarı qutuda qaldı. Qolumdakı sarğıya görə onu geyinə bilmədim. Qız toyumda geyindiyim gəlinliyi əlcəklə geyinmək məcburiyyətində qaldım. Heç vaxt əlcəkli gəlinlikləri xoşlamırdım, amma görürsünüz də biz istəməklə deyil, hər şey qismətdən asılıdır. Heç gəlinlərin əllərində tutduğu gülü saxlaya bilmirdim, mənim yerimə onu da Fateh gəzdirirdi. Bir əlimlə sadəcə donumun ətəyini tuturdum". ANS PRESS
DOSTLARINLA PAYLAŞ: