Yaxşı Cazibənin toyu zarafat çıxdı
04 Avqust 2011 Cümə Axşamı 01:01
Gürbüzün meneceri bu nikahın əylənmək məqsədli bir oyun, yəni saxta nikah olduğunu bildirib
“Yahşı Cazibe” serialında azərbaycanlı qız Cazibə obrazını canlandıran Aslıhan Gürbüzün toyu bir zarafatdan ibarət imiş. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə mətbuatı "Twitter"ə istinadən Aslıhan Gürbüzün aktyor Kərəm Kupacı ilə rejissor Qani Müjdənin yaxtasında evləndiklərini yaymışdı. Gürbüzün meneceri bu nikahın əylənmək məqsədli bir oyun, yəni saxta nikah olduğunu bildirib. Kərəm Kupacının yaxın dostu, “Sabah” qəzetinin yazıçısı Ayşe Özyılmazel isə cütlüyün gələn il yazda evlənməyi planlaşdırdığını yazıb.
DOSTLARINLA PAYLAŞ: