Yaşar Nuri Vətənə qayıtdı
28 Mart 2011 Bazar Ertəsi 15:00
“Özümü çox yaxşı hiss edirəm və daha Türkiyəyə getməyəcəm. Artıq müalicəm burada davam etdiriləcək. Bayram günlərində müalicə olunduğum Memorial Xəstəxanaya getdim və yenidən müayinə olundum.


Allaha min şükür, nəticədən razı qaldılar və orada qalmağımı daha lazım bilmədilər”. Bu sözləri APA-ya açıqlamasında 4 ay ərzində İstanbulun Memorial Xəstəxanasında müalicə olunan Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Yaşar Nuri deyib. Aktyor bildirib ki,
Novruz bayramı günlərində İstanbulda qaldıqdan sonra dünən artıq birdəfəlik Vətənə dönüb: “Şükür, hər şey normal oldu. Ona görə də müalicəm burda davam etdiriləcək. Həkim nəzarətində olacağam. Bircə yeriməyimdə çətinlik var. İnşallah, o da düzələr və bir də Türkiyəyə qayıtmaram. Bundan sonra məni tez-tez görəcəksiniz. Martın 30-da teatrda keçiriləcək “Lənkəran xanının vəziri” tamaşasının premyerasına da gələcəyəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar