“Yaprak Dökümü”nün Oğuzu jurnalistləri görüb ağladı
16 Aprel 2010 Cümə 06:00
“Sizi qarşılayan ailəniz, uşaqlarınız var, mənim isə heç kimim yoxdur”.
“Yaprak Dökümü” seralında Oğuz xarakterini canlandıran Tolqa Karel jurnalistlərin qarşısında hönkür-hönkür ağladı. İstanbul Beyoğlunda barlardan birində tək oturaraq içki içən Tolqa Karel karyerasındakı irəliləyişi özəl həyatında yaxalaya bilməməkdən şikayət edib.

Daha sonra keçmiş sevgilisi Öykü Çelikə zəng vuran aktyor ondan cavab ala bilmədiyi üçün ağlamağa başladı. “Şöhrətin zirvəsindəyəm. Pulum çoxdur, amma ürəyim rahat deyil. Ailəli deyiləm, uşaqlarım yoxdur. Evə gedəndə dörd divar arasında tək qalıram. Sizi qarşılayan ailəniz, uşaqlarınız var. Mənim isə heç kimim yoxdur”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar