Yahşi Cazibe yaradıcı heyəti Bakıya yola düşüb
31 Avqust 2011 Çərşənbə 14:39
Yahşi Cazibe yaradıcı heyəti Bakıya yola düşüb. Bir seriyanın çəkilişi Bakıda aparılacaq.
Türkiyənin ATV telekanalında yayımlanan məşhur "Yahşi Cazibe" serialının yaradıcı heyəti Bakıya yola düşüb. Bunu serialın ssenari müəllifi Gani Müjde Twitter səhifəsində yazıb. O, kollektivin hava limanında çəkilmiş fotosunu da yerləşdirib. Fotoda aktyorlardan yalnız Hakan Yılmaz (Kamal), Hande Katipoğlu (Simge) və Aslıhan Gürbüz (Cazibe) görünür. Lakin serialın sevilən obrazlarından olan Barışı canlandıran aktyor Gökçe Özyol Bakıya yollanan heyətdə yoxdur.

Qeyd edək ki, "Yahşi Cazibe"nin bir seriyasının çəkilişi Bakıda aparılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar