Xuraman Şuşalı iranlıya deyil, azərbaycanlıya ərə gedir
09 Avqust 2010 Bazar Ertəsi 16:40
Müğənni Xuraman Şuşalı sabah 2 il əvvəl ərə getməli olduğu sevgilisinə qovuşacaq.
Müğənni Xuraman Şuşalı ərə gedir. ANS PRESS-in müğənninin yaxınlarına istinadən verdiyi məlumata görə, Xuramanın toyu sabah - avqust ayının 10-da paytaxt restoranlarından birində olacaq.

Məlumata görə, Xuraman Şuşalı yerli saytların yazdığı kimi iranlı ilə deyil, azərbaycalı ilə ailə həyatı qurur: "Xuraman iranlı ilə yox, neçə ildir sevdiyi azərbaycanlı şəxslə ailə qurur. Bu həmin şəxsdir ki, Xuraman iki il öncə ona ərə getməli idi. Amma müəyyən səbəblər üzündən alınmadı. Xuramanın toy xəbərini gizli saxlamasının səbəbi də məhz 2 il əvvəl baş tutmayan toyudur. O, bu səbəbdən də toyuna jurnalistləri buraxmaq fikrində deyil".

Bildirildiyinə görə, müğənninin toyuna mətbuat nümayəndələri buraxılmayacaq. Toydan çəkilmiş fotolar isə mətbuata bir neçə gün sonra yayılacaq.

Xatırladaq ki, 2 il bundan öncə məhz bu ayda - 08:08:08 tarixində Xuraman Şuşalının toyu olmalı idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar