Xuraman Şuşalı ana olmağa hazırlaşır
30 Noyabr 2010 Çərşənbə Axşamı 19:40
Müğənni hamiləliyin ilk aylarını yaşayır
Dörd ay əvvəl ərə gedən müğənni Xuraman Şuşalı ana olmağa hazırlaşır. Müğənninin yaxın ətrafından ANS PRESS-ə daxil olan məlumata görə, Xuraman hamiləliyin ilk aylarını yaşayır.

Yəqin ki, Xuraman Şuşalının hamiləliyi, onun özünə yalançı toy çaldırması, saxta nigah kəsdirməsi, bəyi 5000 manat müqabilində yanında oturtması, ümumiyyətlə yalandan ərə getməsi barədə gəzən söz-söhbətlərə son qoyacaq.

Xatırladaq ki, Xuraman Şuşalı 10.08.2010 tarixində ailə qurub. Onun həyat yoldaşı Elçin ANS TV-nin "Qulp" proqramının prodüseri işləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar