Xumar Qədimova: Ərə getməsəydim, daha tez müğənni olardım
27 Sentyabr 2009 Bazar 10:20
Xumar Qədimova: Ərə getməsəydim, daha tez müğənni olardım. Müğənni 40 suala cavab verib.
Sarı, adəti üzrə, bu dəfə də 40 sual hazırlayıb, üz tutdu çalıb-oxuyanlardan cavab axtarmağa. Hədəfə keçən isə badələri heç vaxt boş qalmayan, gecələri gündüzlərdən üstün tutan Xumar Qədimova oldu.
1.Xumar adı qədimidir?
- Qədimi və nadir addır.
2. Bir qutunun içində neçə dənə xurma olur?
- Saymamışam.
3.Sonuncu dəfə nə vaxt vurmusan?
- Adam vurmaq, yoxsa?..
4.Ətir…
- Sonuncunu bir az bundan qabaq.
5. Əlində olsaydı, kimi şou-biznesdən çıxarardın?
- Mən bəyənmədiklərimi görmürəm.
6.Neçə dəfə olmusan xaricdə?
- Hardasa 7-8 dəfə olar.
7. İlk dəfə ana olanda sən də ağladın?
- Uşağımı qucağıma alanda kövrəldim.
8. Ayın işığından zövq alırsan, günün şüasından?
- Elə ola bilər, ay işığı istəyirəm, elə də ola bilər günəş istəyirəm.
9. Sənə deyən olub ki bəsdi çəkdin?
- (Bərkdən gülür) Yox, olmayıb.
10. Söhbət makiyajdan gedir...
- Olmayıb, həm də mən az çəkirəm axı.
11. Oğlun sənə qadağa qoysa, razılaşarsan?
- Oğlum anasının tərbiyəsinə, ağlına bələddir.
12.Yaşını heç vaxt demirsən, ilin hansı heyvan üzərində qurulub?
- Yaşımı bilənlər bilir, bilməyənlərsə iki yerə bölünür. Bir tərəf məni sevib gənc deyənlərdir, digər tərəf isə sevməyib yaşlı deyənlərdir.
13. Əvvəldən belə nazlı danışırsan?
- Mən elə nazlı doğulmuşam. Amma coşanda məni görməsəniz yaxşıdır. Nazdan əsər-əlamət qalmır.
14. Ərə getmək keçmir ürəyindən?
- İnanırsan ki, belə getsə, özümdən asılı olmayaraq, bu hadisə baş verəcək. Əslində, özüm istəmirəm, amma imkan vermirlər.
15. Özündən həmişə belə razı olmusan, ya tanınandan sonra?
- Bir şeyə xoşbəxtəm ki, özümün dəyərini bilən olmuşam.
16. Eşqin məhəbbəti düşüb canına?
- Ən sevmədiyim mahnıdır.
17. Kliplərinin sayını bilirsən?
- Əzbərdən bilmirəm.
18. Bəs sevənlərinin sayını?
- Saysız-hesabsızdır. Elə adam var sevir, amma mənə maraqlı deyil onun sevgisi, mənə kamil adamın
sevgisi ləzzət edir.
19. İndiyə kimi neçə dodaq boyası almısan?
- Oooy, axırıncı dəfə Moskvada səfərdə olanda 8 növünü aldım.
20. Hər gün onu görürsən?
- Onu? Hər an!
21.Bacını…
- Təbii ki onu da.
22. Hakim olsaydın, qatilə hansı cəzanı verərdin?
- Haqq tərəfdarı olardım.
23. Ərini döyən qadına haqq qazandırırsan?
- Döyməkdənsə, ayrılmağı üstün tuturam, nəinki əl atmaq.
24. Sevib ərə getmisən?
- Yox! Onda mənə elə gəlirdi ki, sevmişəm.
25. Ərə getməsəydin, yenə müğənni olardın?
- Ərə getməsəydim, daha tez müğənni olardım.
26. Qadına mikrofon yaraşır, ya çömçə?
- Baxır harda, necə?
27. Gecənin altında gecə köynəyi, sinənin altındakı nədir bəs?
- Sinənin altındakı ürək.
28. İçkilərdən hansına üstünlükverirsən?
- Hamısına.
29. Badələrə çox süzmüsən?
- Əlbəttə, süzürəm də.
30. Mahnılarını erotik tərəfə yozanda, acığına gəlmir?
- Acığıma gəlmir. Gecə köynəyi erotik səslənir, qoy olsun, daha da gözəldir.
31.Hansı rəngi görəndə əsəbiləşirsən?
- Boz rəngi sevmirəm.
32.Mobil telefonun neçə düyməsi var?
- 10 olar da yəqin.
33. Bədən quruluşunda nəyi dəyişmək istərdin?
- Vaxt olar deyərəm.
34. Ən çox sevdiyin Azəri tamaşası?
- Çoxdur.
35. Bəstəkarlığın ustasısan, ya müğənniliyin?
- Ayrı-seçkilik etmirəm. Çünki ikisi də ürəkdən gəlir.
36. Əlini siçana vurmusan?
- Vaaaaaaay, fu.
37. Kompüterin siçanına…
- Ona da yox.
38. Məclisə daxil olanda ilk olaraq gözlərin nə axtarır?
- Fikrim ancaq özümdə olur.
39. Kətan köynək, ya nazik bədən?
- Kətan köynəkdə sevimli bədən.
40. Sarı-nı görəndə həmişə ayaq saxlayırsan?
- Mənə lazım olan anda ayaq saxlayıram. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: