Xəyyam Nissanov Rəqsanə üçün təcili yardım çağırdı
20 Oktyabr 2012 Şənbə 10:46
Müğənni az qala barmağını itirirmiş.
Bakıya 3 günlük gəlib, yenidən Moskvada yarımçıq qalan işlərinin başına dönən Rəqsanə İsmayılovanın başına hadisə gəlib. ANS PRESS-in məlumatına görə, Bakıya qayıtmağına bir gün qalmış müğənni axşam saatlarında mətbəxdə iş görən zaman iti bıçaqlardan biri müğənninin barmağını dərindən kəsir.

Qanı dayandıra bilməyən ailə üzvləri təlaş içində nə edəcəklərini bilməyiblər. Həmin vaxt o, Rəqsanəgildə qonaq olan müğənni Xəyyam Nissanov onların başını itirdiyini görüb özü Moskvadakı təcili yardımı yığır. Təcili yardım gələnə kimi çoxlu qan itirən sənətçinin əhvalı bir az pisləşib.

Bu barədə özü ANS PRESS-ə danışıb: "Məni barmağımın dərin kəsilməsindən çox, qan itirməyim qorxutdu. Vəziyyətimi görən prodüserim Səbinə, qızım Aysun və evdəki digər xanımlar özünü itirmişdi. Yaxşıki Xəyyam bizdə idi. Cəld tərpənib köməyə təcili yardım çağırdı. Bu hadisədən sonra özümü bir necə gün pis his elədim. Yara o qədər dərin idi ki, barmağım qırıla da bilərdi" - deyən Rəqsanə Bakıya əli sarıqlı gəldiyini söylədi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar