Xəstəxanaya yerləşdirilən xalq artistindən xəbər var
26 May 2012 Şənbə 11:09
Həkimi İlham Əsgərovun səhhətinin pisləşməsinin səbəblərini açıqladı.
Dünən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərovun vəziyyəti yaxşılaşıb. Bu barədə APA-ya aktyorun həkimi, Mərkəzi Klinik Xəstəxananın nevropotoloqu Gülşən Quliyeva bildirib.
Onun sözlərinə görə, aktyorda keçici işemik həmlə baş verib. Hazırda İ.Əsgərovun vəziyyəti yaxşıdır. G. Quliyeva aktyorun vəziyyətinin pisləşməsini yorğunluqla və çox işləməklə əlaqələndirib, onun daha bir neçə gün xəstəxanada qalacağını deyib.
Qeyd edək ki, aktyor dünən dublyajda olarkən özünü pis hiss edib və təcili yardımla Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. 47 yaşlı xalq artisti iki il əvvəl beyin insultundan müalicə olunub. Həkimlər ona gərgin iş rejimindən uzaq olmağı tövsiyyə ediblər.
DOSTLARINLA PAYLAŞ: