Müğənni Xatirə İslam suvenir vurğunudur. Axşam.az-ın məlumatına görə, müğənni getdiyi hər ölkədən özü üçün maraqlı əşyalar alır. Sənətçinin ən dəyərli əşyası isə onun üçün xüsusi hazırlanan nərddir. Bu nərdin zərləri qızıldandır, üzərində isə brilyant qaşlar var.
Xatirə toyu üçün tikdirdiyi xüsusi gəlinliyini də saxlayır. Müğənni ona 15 min manata başa gələn bu gəlinliyi ömrü boyu saxlayacağını deyib.