Xatirə İslam aldığı kilolardan tanınmaz hala düşüb
05 Mart 2013 Çərşənbə Axşamı 08:53
Müğənni Xatirə İslam hamiləliyin 8-ci ayındadır.
Keçən ilin yayında ailə həyatı quran və hal-hazırda hamiləliyin 8-ci ayını yaşayan müğənni Xatirə İslam tanınmaz hala düşüb. ANS PRESS-in məlumatına görə, həyat yoldaşı ilə birgə “ATV Maqazin” verilişinin kameralarına tuş gələn müğənni oğul anası olmağa hazırlaşdığını deyib.
Hamiləliyinin 8-ci ayını yaşayan müğənni xeyli kilo aldığını da dilə gətirib: “Bilirəm, tanınmaz hala düşmüşəm. Amma çəkim elə də çox deyil, 78 kiloqramam. Özümü çox yaxşı hiss edirəm. Bir az çox maye qəbul etdiyimdən bədənimdə şişkinlik var”.
Müğənni bir neçə həftəyə körpəsini dünyaya gətirəcək.
Xatirə İslam kamera qarşısında 8 aydır onu yada salmayan dostlarından şikayət etməyi də unutmayıb.
DOSTLARINLA PAYLAŞ: