Xanlarova toy sahibi oldu (EKSKLÜZİV)
20 Oktyabr 2009 Çərşənbə Axşamı 21:45
Bu gün əməkdar artist Mehriban Xanlarova yeganə qızına toy şənliyi düzənlədi
Bu gün əməkdar artist Mehriban Xanlarova yeganə qızına toy şənliyi düzənlədi. «Abu-Arena» şadlıq evində təşkil olunan məclisə aktrisanın yaxınları ilə yanaşı sənətçinin həmkarları və şou-biznesin çalıb-oxuyanları da dəvət olunmuşdu.

Qızı Ayselin toyunda qonaqlarını qarşılayan Mehriban xanım ANS PRESS-ə də vaxt ayırmağa imkan tapdı.

«Düzdü Aysel uşaqdır. Kürəkənim qızımı şəkildə görüb bəyənmişdi. Sonra özüm oğlana baxdım, xoşuma gəldi. Çox mədəni və yerini bilən insandır", - deyə gəlinin anası bildirdi.

M.Xanlarova nişan mərasiminin evdə keçirildiyini də diqqətə çatdırdı: "Əlinə üzük keçirdilər, başına kəlağayı bağlayıb qızımı nişanladılar. Ayselin hələ 19 yaşı var. Sevmək sonranın işidir, sonra sevər. Əvvəllər ərə gedən qızlar ərinin üzünü yalnız toy gecəsi görərdilər. Elə zəmanədə yaşayırıq ki, hər adama qız vermək olmaz». ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar