Xalq artistləri atəşkəsi pozdular
22 Noyabr 2010 Bazar Ertəsi 15:15
İlhamə Quliyevanın cəbhəsindən Flora Kərimovaya cavab atəşi gəldi
"Noyabrın 21-də telekanllardan birində qonaq olan xalq artisti Flora Kərimova yenə xalq artisti İlhamə Quliyevanın ünvanına atmacalar atıb. Səhnədə olan gənclərə müraciət edən Flora Kərimova, “Gənclər böyük sənətkarların məsləhətlərinə qulaq asmasın!” – deyib. Aparıcının “kimdir o sənətkar” sualına F. Kərimova belə cavab verib: “Deyim? İlhamə Quliyeva”". Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli xalq artisti Flora Kərimovaya cavab olaraq ANS PRESS-ə göndərdiyi açıqlamada belə deyilir.
Xalq artisti Flora Kərimovanın ünvanına xoşagəlməyən və mübahisə predmetinə çevriləcək ifadələr işlənildiyindən açıqlamanı olduğu kimi vermirik. Sadəcə aşağıdakı hissəni verməklə kifayətlənirik:
"Bu gün səhnədə olan istər gənc müğənnilər, istərsə də bəzi sənətkarlar hər zaman İlhamə xanıma hörmətlə yanaşır, onlar sənətkardan məsləhət alırlar. İlhamə xanımın fikirləri hər zaman örnək olub, sözü daşdan keçib. Bütün bunlar isə F.Kərimovanı narahat etməyə bilməz...
Yaxşı olardı ki, F.Kərimova bütün bu söz-söhbətə, deyingənliyə son qoyub sənəti, işi ilə məşğul olsun. Axı indi onun daha maraqlı işi var, gününü məhkəmə proseslərində keçirir. Özünə yeni bir məhkəmə predmeti axtarmasını məsləhət görmürük".
DOSTLARINLA PAYLAŞ: