Xalq artisti xəstəxanaya düşüb
10 Dekabr 2012 Bazar Ertəsi 16:10
"Şöhrət" ordenli Hacımurad Yeqizarovun səhhəti kəskin pisləşib
Ötən istirahət günlərində "Yeddi gözəl" tamaşasının premyerasından sonra Rus Dram Teatrının aktyoru, "Şöhrət" ordenli xalq artisti Hacımurad Yeqizarovun səhhəti kəskin pisləşib. ANS PRESS-in day.az saytına istinadən verdiyi xəbərə görə, 72 yaşlı aktyorun ürəktutması olub. Çətinliklə evə çatdırılan H.Yeqizarov üçün təcili yardım çağırılıb. Aktyor xəstəxanaya aparılıb. Hazırda o, xəstəxanadadır.

Hacı Murad Yegizarov Almaniyada yaşayır. Rus Dram Teatrında hazırlanan “Yeddi gözəl” tamaşasında rol alan H. Yegizarov tamaşanın məşqlərində iştirak etmək üçün Bakıya gəlib.

Qeyd edək ki,“Arşın mal alan” “Ögey ana”, “Ən vacib müsahibə”, “O qızı tapın”, “Böyük dayaq”, “Bir cənub şəhərində” və s. filmlərə çəkilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar