Xalq artisti xəstəxanadan evə buraxılıb
20 İyul 2013 Şənbə 22:01
Ramiz Əzizbəyli on günlük müalicə kursundan sonra özünü yaxşı hiss etdiyini deyib
Xalq artisti, aktyor Ramiz Əzizbəyli xəstəxanadan evə buraxılıb

Bu barədə APA-ya açıqlama verən R.Əzizbəyli on günlük müalicə kursundan sonra özünü yaxşı hiss etdiyini deyib:

“Şükür Allaha ki, indi yaxşıyam. Vəziyyətim qənaətbəxşdir. Müalicəmə artıq evdə davam edəcəyəm. İnşallah, tezliklə ayağa qalxıb, işimin başına qayıtmaq istəyirəm”.

Qeyd edək ki, ikinci dəfə iflic keçirən aktyor Kliniki Tibbi Mərkəzdə müalicə olunurdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar